Məzmuna keç

Səhiyyə Nazirliyi “Sədərək”dəki yanğında xəsarət alanların son durumunu açıqladı

Səhiyyə Nazirliyi “Sədərək”dəki yanğında xəsarət alanların son durumunu açıqladı

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

E-huquq.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən bildiirlib ki, onlardan 6-na yerində yardım edilib.

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".

Mənbə: Report