Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


  • 13 Oktyabr 2021 17:50

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9073493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4916894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4156599 təşkil edir.

Oxşar xəbərlər