“Azəriqaz” 2 rayonda vətəndaş qəbulu keçirəcək


  • 24 Noyabr 2021 11:10

Noyabrın 26-sı, saat 12:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilir ki, baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Biləsuvar rayon sakinləri ilə video formatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu