“Azəriqaz”da nöqsanlara görə 14 nəfər işdən çıxarılıb


  • 14 Yanvar 2022 13:39

“Azəriqaz” İstehsalat Birliyində az da olsa neqativ hallar var və bunlarla mübarizə aparılır”.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün birlikdə keçirilən “Açıq qapı” aksiyası zamanı QHT və media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, 2021-ci ildə abonentlərlə bağlı olan məsələlərlə əlaqədar 990 nəfərə töhmət verilib:

“122 nəfərə sonuncu xəbərdarlıq, 125 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. 220 nəfərin isə əməkhaqqısının dörddə bir hissəsi tutulub. 14 nəfər isə vəzifəsindən azad edilib”.

Ruslan Əliyev qeyd edib ki, bu addım sırf ictimaiyyətdən, media və sosial şəbəkələrdə birliyə daxil olan müraciətlərin araşdırılmasından sonra atılıb.

Oxşar xəbərlər