Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu yekunlaşıb.
E-huquq.az xəbər verir ki, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1708 nəfər ərizə verib.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.
