Məzmuna keç

“Azəriqaz” Astara sakinləri ilə görüş keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Astara rayonu, Səlivə kəndində təşkil olunacaq.

Yanvarın 31-də saat 13:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.