"Prezident İlham Əliyevin "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalaması pensiyaçıların maddi təminatının gücləndirilməsi istiqamətində atılan önəmli addımdır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Bəzən Azərbaycanda təqaüdlərin az olması, dövlət qulluğundakı pensiyaların dəyişməsi və bu kimi məsələlərlə bağlı müzakirələr olur. Lakin Prezident İlham Əliyevin bu sərəncamından sonra sözügedən kateqoriyadan olan insanların maddi təminatı gücləndiriləcək, həyat şəraiti daha da yaxşılaşdırılacaq. Hazırda əmək fəaliyyəti ilə məşğul vətəndaşların gələcəkdə hansısa təminat baxımından bir narahatlığının qalmaması üçün hesab edirəm ki, bu sərəncam olduqca əhəmiyyətlidir”, – deyə o qeyd edib.
Sevgül Qasımzadə
