Məzmuna keç

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hansı qurumlardan şikayətlər daxil olub? –

Ötən il Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb.

Bildirilib ki, Baş İdarənin "161-Qaynar xətt" alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.

Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

2021-ci ildə "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü:

1. Daxili işlər orqanlarının fəaliyyəti – 1131

2. Səhiyyə – 701

3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti – 521

4. Sosial müdafiə – 513

5. Bələdiyyələrin fəaliyyəti 340

6. Özəl sahə – 237

7. Təhsil – 182

8. Ədliyyə orqanlarının fəaliyyəti – 175

9. "Azərişıq" ASC-nin fəaliyyəti – 96

10. "Azəriqaz" İB-nin fəaliyyəti – 77

11. Meliorasiya və su təsərüffatı – 72

12. Müdafiə – 39

13. "Azərsu" ASC-nin fəaliyyəti – 57

14. Səfərbərlik – 41

15. Kənd Təsərüffatı – 33

16. Ekologiya və Təbii Sərvətlər – 34

17. Bank sektoru – 35

18 Digər – 847