Türkiyənin Diyarbəkir vilayətind yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qaz balonları ilə yüklənmiş yük maşını ilə mikroavtobus toqquşub.
Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 12 nəfər yaralanıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar şəhərdəki xəstəxanalara çatdırılıblar.
Şəbnəm Mehdizadə
