Məzmuna keç

Mart ayının pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd olunub ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.