Məzmuna keç

Ötən ay ərzində qəbul edilən qazın həcmi açıqlandı

Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Biliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 13,3 % çoxdur: “Ötən ay sənaye xətləri üzrə 208 milyon kubmetr, əhali xətləri üzrə isə 772 milyon kubmetr qaz qəbul edilib. Bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə müvafiq olaraq 13,3 milyon kubmetr qaz qəbulunda artım olub, əhali xətləri üzrə iə 66 milyon kubmetr azalma müşahidə edilib.

R. Əliyevin sözlərinə görə, əhali xətləri üzrə qeydə alınan azalma bu ilin fevral ayında havaların daha isti keçməsi və ilə əlaqəli ola bilər: “Qeyri-əhali xətləri üzrə 79 milyon kubmetr artım qeydə alınıb”.

“Azəriqaz"ın baş direktoru deyib ki, bu ilin yanvar-fevral aylarında 2 milyrad 162,2 milyon kubmetr qaz qəbul edilib: “Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 113,1 milyon kubmetr qaz qəbulunda artım deməkdir. Bu qazın 454 milyon kubmetri sənaye xətləri üzrə, 1 milyard 707,5 milyon kubmetri əhali xətləri üzrə qaz qəbul edilib”.