Xankəndi şəhəri və işğaldan azad edilmiş digər rayonlar Qarabağın iqtisadi rayonuna daxildir. Onlar Azərbaycanın əzəli torpaqları və suveren ərazisidir. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
O bildirib ki, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılmışdı:
“Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılıb, viran edilib. Müəyyən hissəsi o dövrdə təbii qazla təmin olunurdu. Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Növbəti mərhələlərdə nəzərdə tutulub ki, bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan Respublikasının vətəndaşları yararlana biləcək” , – deyə o qeyd edib.
