Məzmuna keç

Ruslan Əliyev: “Bu ilin yanvar-mart ayları ərzində qaz itkiləri 7,6 % təşkil edib”

Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Biliyinin qaz itkiləri 7,6 % təşkil edib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

O bildirib ki, bu ilin mart ayında qurumun qaz itkilərinin həcmi 9 % təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 1,8 % az olub.

Ötən ilin birinci rübü ilə müqayisədə 2,2 % azalma qeydə alınıb.