2022-ci ilin yanvar- mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 2826 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1811 məktub araşdırılaraq cavablandırılıb.
Xidmətdən e-huquq.az-a verilən məlumata görə, hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 343 hüquq pozuntusu aşkar edib.
Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.
Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.
