Məzmuna keç

“Azəriqaz”-ın sahibkarlarla növbəti görüşü Bakının Nizami rayonunda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü paytaxtın Nizami rayonunda təşkil olunacaq.

Birlikdən e-huquq.az-a verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Keşlə qəsəbəsi, Sabir küçəsi 70 (1941-1945-ci illərdə həlak olanların Xatirə Memorial Kompleksinin yerləşdiyi park) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 28-i saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.