Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti “Səyyar qəbul otağ”ı bu dəfə Quba rayonu, Barlı kəndində təşkil olunacaq.
“Azəriqaz”-dan e-huquq.az-a verilən məlumata görə, aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
