Məzmuna keç

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 6-dan Naxçıvandan Gəncəyə və əks istiqamətdə uçuşlara başlayacaq.

E-huquq.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kq-a qədər) və əl yükü (10 kq-a qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin www.azal.az rəsmi saytında təqdim olunacaq.

Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.

Yeni uçuşlarla əlaqədar mayın 6-dan çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.