“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyi “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Biləsuvar rayonunda təşkil olunacaq.
E-huquq.az xəbər verir ki,birliyin rəhbər şəxsləri Biləsuvar rayonu, S. Vurğun küçəsində (İncəsənət məktəbinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” mayın 5-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
