Yanvar-aprel ayları ərzində qaz şəbəkəsi üzrə itkinin azalma həcmi 88 milyon (3,3%) kubmetr olub.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bu ilin aprel ayının yekunlarına dair hesabatı zamanı deyib.
O bildirib ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır.
