Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional Qaz İstismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər.
E-huquq.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.
Məlumata görə, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar görüşdə iştirak etmək, problemlərini demək üçün saat 11:00-da Ağsu rayonunun Qaraqaşlı kəndində yerləşən Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasına yaxınlaşa bilərlər.
