Bakıda “Formula 1”ə görə yolun bir hissəsi bağlanacaq


  • 19 May 2022 12:09

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən e-huquq.az-a verilən məlumata görə, bu, “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu