“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti monitorinqi Ağsuda keçirildi


  • 19 May 17:20

“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti monitorinqi Ağsu Regional qaz istismarı İdarəsində keçirilib.

“Azəriqaz”dan e-huquq.az-a verilən məlumata görə, monitorinqdə İctimai Şura sədri Elçin Salmanov, Şura üzvləri Qorxmaz İbrahimli, Eyyub Hüseynov, Zaur Quliyev, Zülfüqar Hüseynzadə iştirak ediblər. Səfər çərçivəsində Şuraya müraciət edən vətəndaşlarla, həmçinin Ağsu RQİİ-nin tabeliyində olan Kürdəmir, Ucar, Şamaxı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayonları üzrə xidmət sahələrinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərdə Şuraya edilən vətəndaş müraciətləri, regionda istehlakçı hüquqlarının təminatı vəziyyəti, regionda qazlaşdırma səviyyəsi və ehtiyaclar müzakirə edilib. Şura üzvləri monitorinq zamanı Ağsu RQİİ-nin fəaliyyəti - icraatda olan ərizə və şikayətlərin baxılması, texniki şərtlərin verilməsi, qaz xətlərinin yerdəyişmə işlərinin sənədləşdirilməsi və icrası, əməkdaşların məzuniyyət, istirahət hüquqlarının təminatı vəziyyəti ilə də tanış olublar. Səfərin nəticəsi olaraq monitorinq zamanı qeydə alınan, eləcə də vətəndaş müraciətlərində yer alan bir sıra vacib məsələlərin “Azəriqaz” İB rəhbərliyi qarşısında qaldırılacağı barədə qərar qəbul edilib. Eyni zamanda Şuranın cari ilin mart ayında Bakı şəhərində baş tutan “Elin gözü tərəzidir” aksiyasının regionlarda da keçirilməsinin zəruriliyi qənaətinə gəlinib.

Qeyd edək ki, “Azəriqaz” İB yanında İctimai Şura bundan əvvəl Xaçmaz və Lənkəran Regional qaz istismarı İdarələrində də monitorinqlər aparıb.

Oxşar xəbərlər