“Nikahların sayı azalsa da, boşanma ilə bağlı statistika dəyişmir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, təəssüf ki, qeyri-rəsmi nikahların sayı da az deyil: “Belə ailələrdə doğulan uşaqların taleyi isə sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə Nazirliyinə müraciət edirik".
