Son sutkada COVID-19 əleyhinə vaksin vurduran olmayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 781 770, birinci doza peyvəndlərin ümumi sayı 5 359 466, ikinci doza vaksinlərin sayı 4 855 347 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 316 498, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 250 459 olub.
