Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.
E-huquq.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir: "Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır. Küləkli hava şəraiti günün sonunadək davam edəcək. İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.
