Məzmuna keç

Əmək hüquqlarının pozulması ilə bağlı Ombudsmana daxil olan müraciətlərin sayı açıqlandı

Ötən il əmək hüquqlarının pozulması ilə bağlı Ombudsmana 1 582 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

S.Əliyeva bildirib ki, müraciətlərdən 26 faizinin icrası təmin edib. Digər müraciətlər isə müvəkkilin səlahiyyətləri ilə bağlı olmadığı üçün aidiyyəti üzrə yönləndirilib.

Ombudsmanın sözlərinə görə, şikayətlər daha çox əmək haqlarının ödənilməməsi, yaxud gecikdirilməsi, istehsalat qəzalarına görə müavinətlərin gecikdirilməsi, işdən çıxmağa görə ərizə yazmağa məcbur edilmə, hamiləliyə və doğuşa görə məzuniyyət haqqının verilməməsi, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməməsi və s. bağlı olub.

Xəyalə Bünyatova