Məzmuna keç

DYP sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli e-huquq.az-a deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub:

“Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!"