Məzmuna keç

Tələbələrə verilən Prezident təqaüdünün məbləği 275 manat oldu

Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Qeyd edək ki, tələbələrə verilən Prezident təqaüdünün məbləği 250 manat idi.