"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü Xaçmazda keçiriləcək


  • 30 Yanvar 2023 22:52

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

E-huquq.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xaçmaz rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev küçəsi, Zəfər Parkında baş tutacaq .

“Səyyar qəbul otağı” fevralın 2-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxşar xəbərlər