Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR "Azəriqaz İstehsalat Birliyi tərəfindən daim işlər görülür.
E-huquq.az xəbər verir ki. Yevlax rayonunun Qoyunbinəsi kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur.
26 km uzunluğunda qaz xəttinin çəkilişi başa çatdıqdan sonra 515-dək faktiki abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.
Bundan əlavə, ətrafda salınan yeni yaşayış massivlərinin də mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.
