Məzmuna keç

Dövlət Sosial Müdafiə Fondu pensiyalarla bağlı məlumat yaydı

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi aprel ayının 14-ü tarixinə nəzərdə tutulub.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.