Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Səbail rayonunun mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
E-huquq.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
