Məzmuna keç

Sumqayıtda silahlı hücumda yaralanan Türkiyə vətəndaşı Bakıda xəstəxanaya yerləşdirildi –

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən ağır vəziyyətdə olan Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş Bakıdakı özəl tibb müəssisələrindən birinə köçürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri orta ağırdır.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

***

11.02

Sumqayıt şəhərinin 16-cı mikrorayonunda baş verən hadisə ilə əlaqədar saat 06:05 radələrindən başlayaraq 4 nəfər müxtəlif növ bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Bu barədə e-huquq.az-a Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Bildirilib ki, onlardan Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Sərkan Karakuş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.