Məzmuna keç

Aliment Fondu ilə bağlı dövlət qurumlarına təkliflər təqdim olunub

Aliment Fondunun icra mexanizmi ilə əlaqədar beynəlxalq təcrübə təhlil edilib və rəsmi olaraq müvafiq dövlət qurumlarına təkliflər təqdim olunub.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komitəyə daxil olan müraciətlərin əksəriyyəti bununla bağlıdır: “Bu sahədə bir çox ölkənin gözəl təcrübəsi var. Bu heç də dövlətin büdcəsinə elə də yük düşməz, əkinsə büdcəyə gəlir gələ bilər”.