Məzmuna keç

Nazir: “Əhaliyə edilən sosial ödənişlərə cari ilin icmal büdcəsində 10 %-lik artım olub”

Əhaliyə edilən sosial ödənişlərə cari ilin icmal büdcəsində 10 %-lik artım olub.

E-huquq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Nazir bildirib ki, 900 milyon manatdan artıq vəsait məhz bu istiqamətə yönəlib: “Bunun da böyük hissəsi pensiya təminatı və digər sosial dəstək proqramlarına yönəldilir”.