Məzmuna keç

Azərbaycanda ötən həftə koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda son 1 həftə ərzində (6 noyabr – 12 noyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 27 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 3 nəfər ölüb.