Məzmuna keç

Şirvanda neft quyusundan su qarışıq qaz püskürdü

Şirvanda neft quyusunda qaz püskürüb.

E-huquq.az xəbər verir ki, hadisə dünən saat 20:38-də “Şirvan OİL Company LTD” şirkətinin 1 saylı neft-qazçıxarma məntəqəsində baş verib.

Belə ki, 715 saylı neft quyusunda suqarışıq qaz fontan vurub.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Şirvan yanğından mühafizə hissəsinə məxsus 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Qaz fontanının yanğına keçməməsi üçün lazımi tədbirlər görülür.

Qeyd edək ki, hadisə yerinə mütəxəssislərin gəlişi gözlənilir.