Azərbaycanda pensiyaçıların 90 %-i sosial sığorta əsaslı pensiya alır.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Xüsusi şərtlərlə pensiya alanların göstəricisi isə təxminən 10 %-dir. Onların pensiyası sosial sığorta kapitalı ilə deyil, aldıqları əmək haqqının faizi ilə ölçülür”, – deyə nazir əlavə edib.
