Daha bir şəhid atasının "Azəriqaz"a müraciəti qısa zamanda həllini tapdı - VİDEO


  • 26 May 13:12

17 yaşınadək rəssam-dizayner olmaq arzusu ilə yaşayan Mirmusa Hüseynzadədə 44 günlük Vətən müharibəsi hərb peşəsinə maraq oyadaraq hərbçi olmaq istəyini ön plana çıxarır.

“Azəriqaz”dan e-huquq.az-a verilən məlumata görə, 3 ildən sonra arzusunu reallaşdıran Mirmusa elə ön cəbhədə, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalır.

Bu gün şəhid və qazi ailələrinə göstərilən dövlət dəstəyinin davamı kimi SOCAR-ın “Azəriqaz” İB Mirmusa Hüseynzadənin atasının müraciətinin qısa zamanda həllinə nail olub.

Daha dəqiq Vüqar Hüseynovun müraciəti əsasında Lənkəran rayonu, Girdəni kəndində şəhid ailəsinə məxsus həyətyanı torpaq sahəsinin önündən keçən qaz xəttinin yeri dəyişdirilərək qapı keçidi quraşdırılıb.

Oxşar xəbərlər