Faktiki hava açıqlandı - YENİLƏNDİ


  • 9 İyun 2024 17:21

İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən xəbərə görə, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

***

11.27

İyunun 9-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.

Şimşək çaxıb, bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 36 mm, Goranboyda 30 mm, Bərdədə 24 mm, Yevlaxda 22 mm, Gədəbəydə 20 mm, Daşkəsəndə 18 mm, Naftalanda 16 mm, Qaxda 13 mm, Qəbələ, Gəncə, Göygöldə 12 mm, Lerikdə 10 mm, Zaqatalada 8 mm, Qusar, Şahdağ, Balakən, Ağstafa, Tovuzda 7 mm, Şəmkir, Ordubadda 6 mm, Göyçay, Qrız, Ağdam, Oğuz, Tərtər, Quba, Naxçıvan, Lənkəran, Astara, Zərdab, Mingəçevir, Altıağac, Şahbuz, Culfa, Şamaxı, Biləsuvar, Neftçala, Yardımlı, Xaltan, İsmayıllı, Qax, Ceyrançöldə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şahdağ, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub.

Oxşar xəbərlər