Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA


  • 22 İyun 14:46

Saat 14:00-a olan məlumata əsasən əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlı rayonlarında arabir leysan xarakterli yağış yağır.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 23-dək davam edəcək.

Oxşar xəbərlər