Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi


  • 10 İyul 15:44

“Azərbaycan Dəmir Yollar” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən e-huquq.az-a verilən məlumata görə, həmçinin Bakı-Ağstafa-Bakı qatarlarımız hər gün səhər və axşam saatlarında hər iki istiqamətdə hərəkət edir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Oxşar xəbərlər

  • 18 İyul 12:39
Sabahın hava proqnozu