Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu bu gün başa çatır.
E-huquq.az DİM-in saytına istinadla xəbər verir ki, fevralın 3-ü saat 11:50-yə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmək üçün 130 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.
