Məzmuna keç

İki yaşayış məntəqəsinə təbii qaz verildi

İki yaşayış məntəqəsinə təbii qaz verildi

Fevralın 20-də Sabirabad rayonu Betonzavod adlanan ərazidə yerləşən yaşayış binalarının qazlaşdırılması başa çatıb.

"Azəriqaz" İstehsalat Birliyindən e-huquq.az-a verilən məlumata görə, bu gün 62 abonent təbii qazla təmin edilib. Eləcə də rayonun Surra kəndinin genişlənən hissəsində də 10 abonentin qazla təminatı yekunlaşıb.

Qeyd edək ki, yaşayış məntəqələrinin qazlaşdırılması vətəndaşların və müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilib.