Pensiya yaşına az qalmış şəxslərlə bağlı MÜHÜM TƏKLİF


  • 7 Mart 2025 11:58

“Pensiya yaşına az qalmış işsiz vətəndaşların işlə təmin olunmasında ciddi çətinliklər var”.

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

“Ombudsmnanın bu məsələni araşdırması və müvafiq təkliflər hazırlaması məqsəduyğun olardı. Qazaxıstanda pensiya yaşına iki il qalan vətəndaşların işdən azad edilməsi qanunla qadağan edilib. Hesab edirəm ki, oxşar praktikanın ölkəmizdə də tətbiq edilməsi vacibdir”, - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər