- 25 May 22:15
"Regionlarda şagird sayının azlığına görə siniflərin birləşdirilməsi ciddi problemdir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
O bildirib ki, bəzi ucqar kənd məktəblərində şagird sayının azlığına görə 1 və 2-ci siniflər birləşdirilir.
"Növbəti mərhələdə 2-ci sinif şagirdlərinin də sayı azala bilər. Bu halda 1-ci siniflər 3-cü və daha yuxarı siniflərlə birləşəcək? 1-ci sinif şagirdi yuxarı sinifin dərs proqramını necə mənimsəyə bilər? Hesab edirəm ki, bu ciddi problemdir. Sinifdə bir şagird olsa belə, ona öz proqramı üzrə dərs keçilməlidir. Düzdür Nazirlər Kabinetinin bu barədə qərarı var. Amma düşünürəm ki, daha ciddi addımlar atılmalıdır”.
Şəbnəm Mehdizadə