- 25 May 22:15
“Bir çox vətəndaş hüquqi məsələlərlə bağlı ərizə yaza bilmir”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat pulsuz huquqi yardımın göstərilməsinin vacibliyini qeyd edib.
“Aydındır ki, vəkilə müraciət etməyə əksər vətəndaşların pulu yoxdur. Bu mənada pulsuz huquqi yardımın göstərilməsi çox vacibdir. Bu məqsədlə hər rayon və şəhərdə bir neçə hüquqşünasın fəaliyyəti üçün şərait yaradılmalı, maliyyə dəstəyi gücləndirilməlidir”, - deyə o bildirib.
Şəbnəm Mehdizadə