- 25 May 22:15
"Alimentin təyin edilməsinin əsas mahiyyəti uşağın ehtiyaclarını ödəməkdir. Lakin təəssüf ki, bəzən aylarla, hətta illərlə aliment ödəməkdən yayınanlar var".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
"Düzdür, qanunvericilikdə alimenti ödəməyən şəxs üçün inzibati və cinayət məsuliyyəti müəyyən edilib. Lakin təcrübədə biz neqativ halların şahidi oluruq. Buna görə də borclunun məsuliyyətini müəyyən edən ciddi mexanizm yaradılmalıdır".
Şəbnəm Mehdizadə