Günahkar birini müdafiə etmək günah sayılırmı? - VİDEO


  • 11 İyul 12:43

“Kazusmedia” “YouTube” platformasının “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsinin növbəti buraxılışı yayımlanıb.

E-huquq.az xəbər verir ki, budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nurlan Babayev olub.

Layihə qısa, dinamik və informativ formatda hazırlanıb. Veriliş zamanı qonağa hüquq sahəsinə dair aktual məsələləri və şəxsi baxışları əhatə edən 7 əsas sual ünvanlanır. Hər suala cavab üçün nəzərdə tutulan 1 dəqiqəlik zaman limiti layihəni həm yığcam, həm də izləyicilər üçün daha cəlbedici edir.

Buraxılışda vəkil Nurlan Babayev hüquqi fəaliyyəti dövründə qarşılaşdığı maraqlı hadisələrdən, vəkil peşəsinin çətinlik və məsuliyyətlərindən söz açıb.

Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi maarifləndirici xarakter daşımaqla yanaşı, cəmiyyətdə hüquqi düşüncənin inkişafına töhfə verməyi hədəfləyir.

Oxşar xəbərlər