Vəkillərə təlim keçirildi - FOTO


  • 14 İyul 10:05

İyulun 12-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati prosesdə məhkəmə aidiyyətinin müəyyən edilməsi xüsusiyyətləri" mövzusunda distant formada təlim keçirilib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru Asif Qədirov inzibati prosesdə məhkəmə aidiyyətinin xüsusiyyətləri, inzibati sahədə məhkəmə qərarları və yurisdiksiyası, inzibati işlərdə tərəflərin hüquqi statusu, məhkəmə qərarlarının hüquqi qüvvəsi və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.

Sonda təlimçi vəkillərin müvafiq sahədə müxtəlif suallarını cavablandırıb.

Qeyd edək ki, təlimdə 62 vəkil iştirak edib.

Oxşar xəbərlər